Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-09 15:02:00
Samuxda bir məktəb koronavirusa görə distant təhsilə keçdi  

Samuxda bir orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

 

AzEdu.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Samux Rayon Təhsil Şöbəsinin müdir müavini Vüsal Cəfərov deyib.

 

Onun sözlərinə görə, rayonun Sərhəddin Əliyev adına 2 nömrəli orta məktəbin müəlliminin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən rayon Gigiyena və Epidemilogiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib. Təhsil ocağının 527  şagirdi təhsilini distant formada davam etdirir.

 

Vüsal Cəfərov qeyd edib ki, Samuxda indiyədək yaşı 50-dən yuxarı 598  müəllimin 341-i vaksinasıya olunub.

 

Qeyd edək ki, Samuxda ümumilikdə 35 orta ümumtəhsil, 2 məktəbdən kənar təhsil ocağında 9674 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 1006 müəllim  məşğul olur.