Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-11 12:06:00
YAP-ın daha bir şurası ləğv edildi: rektor vəzifəsini itirdi  

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.

 

AzEdu.az xəbər verir ki, YAP-ın yeni Nizamnaməsinə əsasən, artıq partiyada Qadınlar Şurası olmayacaq.

 

Partiyadan bildirilib ki, qurumda struktur dəyişiklikləri gedir, qadınlarla bağlı, gender siyasəti ilə əlaqədar yeni şöbənin yaradılması nəzərdə tutulur.

 

“Amma bu, müzakirə səviyyəsindədir”, - deyə partiyadan bildirilib.

 

Xatırladaq ki, YAP Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.

 

Qeyd edək ki, martın 5-də YAP-ın VII qurultayı keçirilib. Qurultayda YAP İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi formalaşıb. Siyasi Şura ləğv edilib və onun əvəzinə Veteranlar Şurası yaradılıb.

 

Eyni zamanda YAP-ın yeni Nizamnaməsi qəbul edilib.(Oxu.az)