Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-09 15:57:00
“Təhsil-Tələbə Krediti” Fondu YARADILIR  

2021-ci ildə “Təhsil-Tələbə Krediti” sisteminin yaradılması nəzərdə tutulub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.

 

Sənəddə qeyd edilib ki, bu məqsəd üçün 2021-ci il üçün təsdiq edilən dövlət büdcəsindən 80 milyon manat vəsait nəzərdə tutulub. Sistemin hüquqi təminatı üçün Təhsil Nazirliyi tərəfindən “Təhsil-Tələbə Krediti Fondu”nun yaradılaması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Prezidentinin fərmanının layihəsi hazırlanıb və hazırda razılaşdırılma mərhələsindədir.