Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-09 11:20:00
Peşə təhsili müəssisələrinin rəhbərləri üçün təlim təşkil olundu  

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin mütəxəssisləri tərəfindən peşə təhsil müəssisələrinin rəhbərləri üçün peşəkar təlim təşkil olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib təlim proqramı əlilliyin sosial modeli və inklüzivliyin prinsipləri, inklüziv mühitin yaradılması, təlimə dəstək planının strukturu və istifadə qaydaları, inklüziv təhsilin təşkili mövzularını əhatə edib. Eləcə də tədris prosesinin müxtəlif diaqnozlara uyğunlaşdırılması və tədris hədəflərinin müəyyənləşdirilməsindən bəhs olunub. Onlayn formatda təşkil olunan vebinarda peşə təhsili müəssisələrindən 18 nümayəndə iştirak edib.

 

Qeyd edək ki, təlim “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı çərçivəsində həyata keçirilib.