Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-25 12:29:00
Uşaqları texnologiyanın zərərlərindən qorumağın yolları  

Günümüzdə valideynlər qərarları övladlarının iradələrinə buraxırlar. Bu da uşaqların texnolojiyadan asılı olmasına gətirib çıxarır. Asılılıq yaradan bütün sahələrdə ana və atanın rolu böyükdür. Bəs texnoji cihazlara qarşı valideynlər nə etməlidir? Türkiyənin psixoloqlarından olan M. Bayram Ayazın bu mövzudakı fikirlərinə nəzər salaq.

Texnologiya asılılığında valideynlərin 3 modeli önə çıxır.
1. Asılılığıa qarşı laqeyd olan valideynlər
2. Asılılıq mövzusunda qayğılı olan valideynlər
3. Asılılıq mövzusunda məlumatlı olan valideynlər

Ana və ata uşağa örnək olmalıdır.
Texnologiya asılılığında valideynlərin hər ikisi də mövzuya önəm verdiyi müddətdə yaxşı nəticələr əldə edə bilərlər. Telefonların, planşetlərin və s. kimi cihazların işlənməsini də özləri üçün disiplin halına gətirməlidirlər. Bununla yanaşı evdə əlavə fəaliyyətlər edilməlidir, hansı ki cihazlarla keçirdiyimiz vaxta öyrəşdiyimiz üçün arada yaranan boşluğu doldurmaq və ailəmizlə daha çox vaxt keçirmək üçün. Evdəki fəaliyyətləri elə bir hala gətirmək lazımdır ki, cihazlar sadəcə iş və çox vacib mesajlar və s. kimi şeylərdə istifadə olunsun, əyləncə üçün deyil.

Uşaqlar hər zaman istədiklərini almamalıdırlar.
İnternetdə bizim mədəniyyətimizlə uyğun gəlməyən bir çox şey var və valideynlər bu mövzularda çox diqqətli olmalıdır. Xüsusilə dost əlavə etmə və onlayn oyunlar haqqında uşaqlarla paylaşım edilməlidir. Virtual dünyada qarşımıza çıxan insan modelləri ilə bağlı məlumatlandırmalı, bu insanlar öz əməkləri iləmi burdadırlar, yoxsa sadəcə keçici imajdanmı ibarətdirlər? Uşaqlara xoşbəxtliklə əlaqəli ekranlar göstərib, eyni zamanda da başqalarının acılarını da empatiya qurmaqları üçün başa salmaq lazımdır. Əgər uşaqlarınız cihazlar üçün çox istək duyurlarsa, hər zaman keçərli olan bir qayda var: “Uşaqlar hər istədiyini almamalıdır”

Onlar üçün sadəcə narahat olmağınız yetərli deyil!
Yeni bir ailə modeli inkişaf edir. Hər bir ailə üzvü toxunulmaz və özəl bir sahəyə malikdir. Hər kəsin öz otağı var. Ailə üzvlərindən birinin problemi olduğu zaman bunu başqa bir qitədə yerləşən birinə danışarkən yan otaqdakı digər ailə üzvləri bundan xəbərsizdir və ya heç vecinə deyil. Bu səbəblə də ailə üzvləri getdikcə biri-birilərinə yadlaşırlar. Əvvəllər televizora qarşı olan asılılığa qarşı mübarizə aparırdıqsa, indi isə “Gəl televizora baxaq” deyərək birlikdə vaxt keçirməyə çalışırıq.