Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-19 10:41:00
Magistraturaya sənəd qəbulu başa çatdı: 19 mindən çox ərizə təsdiqlənib

2021/2022-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.

 

AzEdu.az xəbər verir ki, 19 764 nəfər ərizəsini təsdiq edib.

 

Onlardan 18 026 nəfəri Azərbaycan, 1 738 nəfər isə rus bölməsinə sənəd verib.

 

Xatırladaq ki, magistraturaya sənəd qəbulunun vaxtı bu gün səhər saat 10.00-a qədər uzadılmışdı.