Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-15 11:38:00
Təhsil naziri MİQ haqqında danışdı –  “Şəffaflığa töhvə verdi”

 

 

“Müəllimlərin işə qəbulu müsabiqəsi bir sıra problemlərin həllinə kömək edib”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Real TV-yə müsahibəsi zamanı səsləndirib.

 

O, MİQ-in xeyirli tərəflərindən söz açıb:

 

“MİQ-in müsbət tərəflərinə korrupsiyanın qarşısının alınması, şəffaflığa töhvə verməsi aiddir. O, həm də müəllimlər arasında rəqabət yaradır.

 

MİQ-in digər tələblərindən biri isə  müəllimlərə fərdi yanaşmanın olmaması və onların öz doğulduqları rayon və bölgələrə təyin oluna bilməməsidir. Nə zaman ki, MİQ-in zərərləri onun faydalarından daha çox olacaq, o, tədris sistemindən  çıxacaq”.