Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-04 12:58:00
2020-ci ildə bp və tərəfdaşları bu sosial investisiya layihələrini həyata keçirib 

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2020-ci ildə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 3,2 milyon ABŞ dolları xərclənib. 

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

 

Bu qəbildən Azərbaycanda həyata keçirilmiş və hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır. AzEdu.az BP-yə istinadən həmin layihələri təqdim edir:

 

  • bp və tərəfdaşları iki il davam edən və 2020-ci ilin avqust ayında sona çatan “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı proqramı dəstəkləmişdir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutmuşdur. Layihə həmçinin psixoloji məsləhətlər vasitəsilə iştirakçıların öz qabiliyyətlərinə inam hissini gücləndirir. Layihənin birinci fazası 2019-cu ilin yanvar ayında bitmiş və həmin ilin iyul ayında layihə ikinci fazaya keçmişdir. İkinci fazada iştirakçıların məşğulluq imkanlarını daha da artırmaq məqsədilə təlim proqramı genişləndirilmişdir. Layihə çərçivəsində bp Azərbaycan şirkəti xüsusi təcrübə proqramı yaradıb və layihənin birinci fazasından seçilmiş doqquz, ikinci fazasından seçilmiş altı iştirakçıya beynəlxalq iş mühitində bp-nin təcrübəli əməkdaşlarından yeni bacarıq və biliklər öyrənmək və layihədə öyrəndiklərini işə tətbiq etmək imkanı yaradılmışdır. Bundan əlavə 2020-ci ilin iyul ayında layihənin ikinci fazasında iştirak edən 95 nəfərə iş tapmalarına kömək etmək üçün virtual iş yarmarkası təşkil edilmişdir.

 

  • bp-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2020-ci ildə proqrama 63 yerli şirkət qəbul edilərək mövcud iştirakçılara qoşulub, 17 şirkət isə proqramı bitirib.

 

  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 315 şagirdin 282 nəfəri (90%-i) ali məktəblərə daxil olub. Layihənin nəticələri və ümumi uğurunu nəzərə alaraq bp və tərəfdaşları layihəni 2020-2021-ci tədris ilində də davam etdimək qərarına gəlib. 

 

  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnologiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək vermişdir. Bu üç illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanıb. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilib. Yeni kurikulum əsasında 10-cu və 11-ci siniflər üçün yeni tədris və təlim materialları, o cümlədən dərsliklər hazırlanmış və çap edilmişdir. Layihə 2020-ci ilin avqust ayında uğurla başa çatmışdır.

 

  • bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsi həyata keçmişdir. Bu əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. “Şirin qızıl” adlanan bu layihə bp-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadılmışdır. Layihənin üç il bir ay - 2017-2021-ci illər üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi 500 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 110,000-dən çox nektar ağacı əkmək idi. Bu günədək 60,000-dən çox nektar ağacı əkilmiş və 400 nəfərdən çox yeni layihə benefisiarı seçilmiş və onlara təlim keçirilmişdir. Layihə 2021-ci ilin yanvar ayında başa çatmışdır.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı Mühəndislik Universitetində bp-nin yaratdığı 11 laboratoriyada kimyəvi eksperimentlərin aparılması üçün materialların alınmasını və yeni avadanlıqların quraşdırılmasını təmin etməklə həmin universitetə dəstək olmuşdur. Bundan əlavə, bu dəstəyə Kimya Mühəndisliyi fakültəsi üçün tədris materiallarının ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi də daxil olmuşdur. Layihə 2020-ci ildə başa çatmışdır.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini inkişaf etdirməyi nəzərdə tutan “Mühəndislər üçün ingilis dili” layihəsinə dəstək vermişdir. Layihə təhsil potensialının artırılmasına kömək etmiş, habelə universitetin beynəlxalq əməkdaşlığının genişlənməsinə dəstək vermişdir. Ümumilikdə, 90 müəllim və 200-ə yaxın tələbə bu layihədən bəhrələnmişdir. Layihə 2020-ci ildə başa çatmışdır.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Altı modul üzrə altı aylıq tədrisdən ibarət proqramda ümumilikdə layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. Bunlardan 44 iştirakçıdan ibarət iki qrupun təlimi artıq başa çatmışdır. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki cari tələbatı qarşılamağa kömək etmək üçün nəzərdə tutulub.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz rayonunda İcmalardakı Ailələrə Dəstək Klubu yaratmaqla kənd yerlərindəki qadınların kiçik sahibkarlıq səriştələrinin və bacarıqlarının inkişafına və onların məşğulluq imkanlarının artırılmasına dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir. Heyəti işə götürülmüş və təlim almış bu klub həmçinin həssas təbəqədən olan qadınların uşaqlarına gündəlik qayğı xidmətləri göstərəcək. Bu vaxtadək layihə çərçivəsində 22 qadın öz kiçik bizneslərini idarə etmək üçün lazım olan bacarıqların inkişaf etdirilməsi üzrə təlimlər almış və kiçik həcmli gəlir yaradan fəaliyyətlərini qura bilmələri üçün müvafiq avadanlıqlarla təchiz edilmişdir.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üç illik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılmışdır. Bundan əlavə, Data Analitikası (Data Analytics) üzrə Tədqiqat Mərkəzinin əlavə inkişaf etdirilməsi nəzərdə tutulur. Bu dərəcə proqramı beş semestrdən ibarətdir ki, bunların da üç semestri Bakıda, iki semestri isə Vaşinqtonda keçirilir. Birinci semestr üçün seçilmiş 20 tələbə semestri onlayn başa vurmuşdur. İkinci semester üçün qəbul prosesi artıq başlayıb.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 15-dən çox yerli universitetin layihə idarəetmə bacarıqlarını gücləndirmək üçün yeni sosial layihəni uğurla başa çatdırmışdır. Təlimlərdən faydalanan 45 layihə iştirakçısından 41-i beynəlxalq sertifikatlı layihə idarəetmə mütəxəssisinə (Sertifikatlı Beynəlxalq Layihə İdarəetmə Mütəxəssisləri, D səviyyəsi) çevrilmiş və öz müvafiq universitetlərində layihə idarəetmə komandaları formalaşdırmışdır. Layihə çərçivəsində layihələrin idarə olunmasına dair Azərbaycan dilində dərslik də hazırlanmışdır.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) məktəbəqədər təhsil layihəsini dəstəkləmişdir. Bu layihə valideynlər, uşaq inkişafı üzrə mütəxəssislər və məktəbəqədər təhsil müəllimləri üçün tədris materialı hazırlayan bir qrup yerli mütəxəssisi bir araya gətirmişdir. 12 bölmədən ibarət olan bu tədris materialında uşaqlara doğulduğu andan məktəb yaşına qədər olan dövrdə effektiv qayğı barədə tövsiyələr və təlimatlar öz əksini tapmışdır. Layihə 2020-ci ildə başa çatmışdır.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz və Ağstafa rayonlarında inkluziv təhsili dəstəkləmək üçün yeni sosial layihəyə başlamışdır. Layihə çərçivəsində məktəbəqədər və məktəb müəllimləri inkluziv təhsilə aid 10 mövzu üzrə təlim materialları ilə təmin ediləcək və təlim keçəcək. İnklüziv təhsil haqqında təlim materialları və məlumat kitabları (inklüziv təhsil mühitinin bir hissəsi kimi təlim prosesinin təşkili üçün praktik tövsiyələr daxil olmaqla) hazırlanmış və müəllimlər üçün inklüziv təhsil üzrə resurs mərkəzi müvafiq ədəbiyyatla təmin edilmişdir.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) əlilliyi və inkişafda gecikmələri olan uşaqların müalicə xidmətinin Azərbaycanda inkişafı, həmçinin onların müalicəsi ilə məşğul olan peşəkarlara dəstək olmaq üçün sosial layihəyə başlayıb. Buna nail olmaq üçün ABŞ-da yerləşən Corctaun Universiteti ilə birgə əlilliyi və inkişafda gecikmələri olan uşaqları müalicə edən yerli mütəxəssislərə təlimlər keçirilir. Ölkə daxilində uşaq inkişafı xidmətlərinin qovşağını genişləndirmək məqsədilə Corctaun Universiteti ilə birgə yerli peşəkarlara təlimlər keçirmək üçün yerli universitetlərdən birində praktiki təlim mərkəzi yaradılması nəzərdə tutulmuşdur.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) tələbələrə düzgün karyera seçimi etmələrinə dəstək olmaq üçün ərsəyə gətirilən layihəni dəstəkəlyir. Layihə çərçivəsində təxminən 500 tələbə şəxsi maraqlarını, çatışmazlıqlarını müəyyənləşdirmək, həmçinin öz karyera hədəflərinə çatmaları üçün lazım olan bilik və bacarıqları əldə etmələri məqsədilə təlim və mentorluq imkanları ilə təmin ediləcəklər. Layihənin digər məqsədi də ixtisas təhsilinin vacibliyi haqda ictimai fikri təşfiq etməkdir. “Karyera rəhbərliyi” testinə qatılan 100-dən çox tələbəyə analitik düşünmə və ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün konsultasiyalar verilmiş və qeyri-texniki bacarıqlar üzrə təlimlər keçirilmişdir.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) yerli universitetlərin elmi araşdırmalarının və nəşr fəaliyyətinin yaxşılaşdırılmasına xidmət edən bir layihəni uğurla başa çatdırmışdır. Layihə çərçivəsində 10 yerli universitet Scopus'a (Elsevier-in həyat elmləri, sosial elmlər, fizika elmləri və səhiyyə elmləri sahələrində 11,000-dən çox naşirin 36,000-dən çox başlığını əhatə edən abstrakt və istinad bazası) girişlə təmin edilmiş və onlara bazadan istifadə təlimi keçilmişdir.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) ağacəkmə kampaniyasını təbliğ etmək üçün ekoloji layihəyə başlayıb. Layihə çərçivəsində, Bakının kənarında yerləşən Xocəsən qəsəbəsi yaxınlığında yerləşən 11 hektar ərazidə 10,000 ağac əkmək üçün su təchizatı və suvarma sistemi qurulmuşdur.

 

  • bp şirkəti (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Beynəlxalq Bankı ilə birlikdə 200 Azərbaycan vətəndaşının təhsil almasını maliyyələşdirərək yeni bir təşəbbüsə imza atdı. Layihə ölkənin əmək bazarında yüksək peşəkarlığa malik informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsinə dəstək verir. Bu layihə bp və tərəfdaşlarının ölkədə təhsilə, təlimə və yerli potensialın yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir.

 

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2020-ci il ərzində 4,2 milyon ABŞ dolları həcmində vəsait xərcləyib.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları