Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-02 14:07:00
Avropa İttifaqının layihəsi çərçivəsində peşə təhsili müəssisələrinin mövcud vəziyyəti təhlil olunur  

Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyi peşə təhsili və təlimi sisteminin keyfiyyətinin artırılması və bu təhsil pilləsinin gənclər arasında nüfuzunun yaxşılaşdırılması məqsədilə 11,4 milyon manat dəyərində layihəyə başlayıb.

 

BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisindən AzEdu.az-a verilən məlumata görə, dördillik layihənin ilkin regional fəaliyyəti olaraq, cari vəziyyəti təhlil etmək, eləcə də mövcud çətinlikləri və imkanları araşdırmaq üçün əməkdaşlar Şəkidə və Gəncədə yerləşən bir sıra peşə təhsili müəssisələrinə gediblər.

 

Görüşlərdə, regionlardakı peşə təhsili müəssisələrində yeni emalatxanaların, karyera mərkəzlərinin və tədris fabriklərinin yaradılması, həmçinin ikili dərəcə proqramları və rəqəmsal innovasiyaların tətbiqi məsələləri müzakirə edilib.

 

Qeyd edək ki, “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində BMTİP tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsili müəssisələrini müasirləşdirməyə və əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştə əsaslı tədrisin icrasına dəstək olmaqdır.