Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-29 16:30:00
Böhran zamanı uşaqlara psixososial dəstək göstərilməsi ilə bağlı videotəlimat hazırlanıb

Valideynlər üçün böhran zamanı uşaqlara psixososial dəstək göstərilməsi ilə bağlı videotəlimat hazırlanıb.

Təhsil Nazirliyindən  bildirilib ki, videotəlimatda böhran vəziyyəti, böhranın müxtəlif yaş qruplarındakı (məsələn, məktəbəqədər yaşlı uşaqlar, yeniyetmələr) uşaqlara, onların emosiyalarına mənfi təsirləri göstərilir. Eyni zamanda, uşaqların stresə reaksiyası və onların böhran zamanı ən çox keçirdiyi hisslər kimi məsələlər izah edilir. Valideynlər üçün uşaqlara psixososial dəstəklə bağlı tövsiyələr təqdim edilib.

Qeyd edək ki, videotəlimat Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNISEF) arasında “2016-2020-ci illər üçün Azərbaycan Hökuməti-UNISEF Əməkdaşlıq Proqramı” çərçivəsində imzalanmış “2019-2020-ci illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na müvafiq olaraq “Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” layihəsi çərçivəsində hazırlanıb.