Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-28 16:29:00
Təhsildə inklüzivlik” istiqaməti üzrə təlimlərə başlanıldı


Peşə təhsili pilləsi üzrə tədrisi aparan pedaqoji heyət və psixoloqlar üçün “Təhsildə inklüzivlik” istiqaməti üzrə təlimlərə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyətinin iştirakı və inklüziv təhsilin tətbiqi vasitəsilə Azərbaycanda təhsil sisteminin müasirləşdirilməsi” proqramı çərçivəsində həyata keçirilən "Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi" layihəsi çərçivəsində müəllim heyəti və psixoloqlar üçün peşəkar təlimlərə başlanılıb. 26 yanvar tarixində başlayan təlimlər 3 gün davam edəcəkdir.

 

Onlayn formatda təşkil olunan təlimlərə 10-a yaxın peşə təhsili müəssisəsindən 17 nəfər nümayəndənin iştirakı nəzərdə tutulur.

 

Təlim proqramı müəllimlər və psixoloqlar üçün əlilliyin sosial modeli və inklüzivliyin prinsipləri, inklüziv mühitin yaradılması, təlimə dəstək planın strukturu və istifadə qaydaları, inklüziv təhsilin təşkili, tədris proqramının tətbiqi və uyğunlaşdırılması, tədris prosesinin müxtəlif diaqnozlara uyğunlaşdırılması və tədris hədəflərin müəyyənləşdirilməsi kimi mövzularını əhatə edir. Eyni zamanda təlim, psixoloqlar üçün əlavə olaraq inklüziv təhsildə psixoloqun rolu və əlilliyi olan tələbələr, valideynlər və müəllimlər ilə psixoloji xidmət üçün tövsiyyələr kimi məqamlara da fokuslanmaqdadır.