Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-21 12:54:00
 Bəzi təlim-tədris müəssiələri ənənəvi tədrisə keçəcək- Valideynlərin tələbininə cavab

Valideynlərin tələbini nəzərə alaraq  bəzi təlim-tədris müəssiələri ənənəvi tədrisə keçəcək.

 

Azedu.az xəbər verir ki, Türkiyənin Təhsil naziri Ziya Səlcuq  bəzi tədris müəssisələrinin açılması ilə bağlı qərar verildiyini bildirib.

 

 O qeyd edib ki,  məktəblər istisna olmaqla, bağça, məktəbəqədər hazırlıq qruplarında tədris ənənəvi olaraq aparılacaq:

 

"Valideynlərin tələbinə əsasən və rayon təhsil şöbə müdirlərinin qərarı ilə dövlət və özəl məktəblərdə məktəbəhazırlıq qrupları, həmçinin bağçalar ənənəvi tədrisə keçəcəklər.  Həmin müəssisələr əvvəlcədən müəyyənləşdirilmiş qaydalar əsasında fəaliyyət göstərəcəklər. Həmçinin müdriyyətlərə virusun yayılmasının qarşısını almaq məqsədilə bütün tədbirlərin vaxtında görülməsi ilə bağlı tələb də göndərilib".

 

Qeyd edək ki, digər siniflər üzrə onlayn tədris davam etdirilir.