Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-21 10:53:00
BMU yeni teledərslər yayımladı

Bakı Mühəndislik Universiteti (BMU) ingilis dilində yeni teledərsləri tələbələrin ixtiyarına verib.

 

Universitetin saytındakı (www.beu.edu.az) “Teledərs” bölməsinə Kimya müəllimliyi ixtisası üzrə  bir laboratoriya dərsi, Avtomatika və elektroenergetika ixtisası üzrə bir təcrübə dərsi və Maliyyə ixtisası üzrə bir nəzəri dərs yerləşdirilib.

 

Teledərslər mövcud pandemiya şəraitində tədrisə marağın azalmamasına xidmət edir. BMU TV vasitəsilə ərsəyə gətirilən teledərslər tələbələrin dil bacarıqlarının inkişafında, həmçinin distant təhsil zamanı tədrisi çətinlik yaradan xüsusi ixtisasların və laboratoriya şəraitində öyrədilməsi vacib olan fənnlərin mənimsənilməsində mühüm rol oynayır.

 

Qeyd edək ki, artıq 39 teledərs təqdim olunub.  BMU tələbələri ilə yanaşı, eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri də teledərsləri https://beu.edu.az/az/page/teleders-190/ linkinə daxil olaraq istənilən zaman izləyə bilərlər.