Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-20 14:00:00
Viruslardan qorunmaq üçün ƏN SADƏ ÜSUL

Rusiyalı həkim-terapevt Olqa Burlakova viruslardan və o cümlədən koronavirusdan qorunmaq üçün ən effektli və sadə vasitəni açıqlayıb.


AzEdu.az Rusiya KİV-lərinə istinadla bildirir ki, həkimin sözlərinə görə, burunun duzlu su ilə yuyulması viruslardan çox yaxşı qoruya bilər.

 

Viruslar orqanizmə burun boşluğundan daxil olur və burada çoxalaraq daha sonra orqanizmə yayılır.

 

“Suda dəniz duzunu əridin və ya aptekdə xüsusi vasitə alın. Burnunuzu hər 3-4 saatdan bir bu su ilə yuyun” – həkim bildirib.

 

Duzlu su burunda qələvi mühit yaradır ki, bu mühitdə viruslar yaşaya və çoxala bilmir. Həmçinin duzlu su mexaniki olaraq virusları burundan yuyub aparır.  


Saglamolun.Az