Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-19 11:01:00
Şəhid Rəşad Mikayılzadənin oxuduğu məktəbə adının verilməsi təklif olundu - VİDEO

Şəhid Rəşad Mikayılzadənin oxuduğu məktəbə adının verilməsi təklif edilib.

 

Bu barədə Modern.az-a şəhidin bitirdiyi 311 saylı tam orta məktəbin direktoru Esmira Muradova  məlumat verib. Direktor qeyd edib ki, təkliflə bağlı Təhsil Nazirliyinə müraciət olunub:

 

"Biz - məktəb kollektivi və valideynlər olaraq, şəhidimiz Rəşad Mikayılzadənin adının məktəbimizdə verilməsi üçün nazirliyə müraciət ünvanlamışıq. Rəşad bizim məktəbin seçilən məzunlarından olub. Vətən Müharibəsində qəhrəmanlıqla döyüşüb. Onun adının məktəbimizə verilməsi xatirəsinin əbədiləşdirilməsi üçün uğurlu addım olacaq".

 

Qeyd edək ki, Bakı şəhər, Sabunçu rayon 311 nömrəli tam orta məktəb 2007-ci ildən fəaliyyətə başlayıb.