Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-16 18:04:00
ADNSU-da Tələbələrin 69-cu Elmi-Texniki Konfransı işinə başlayıb  

Dekabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illiyinə həsr olunmuş Tələbələrin 69-cu Elmi-texniki konfransı öz işinə başlayıb.

 

AzEdu.az xəbər verir ki, onlayn formatda keçirilən konfransı giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədbirin əhəmiyyətindən danışaraq bu ilki konfransın bundan öncəkilərdən fərqli olaraq yeni bir platformada keçirildiyini vurğulayıb. Universitetdə tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasına xüsusi diqqət yetirildiyini deyən rektor, professor M.Babanlı tələbələrin elmi tədqiqat işlərinə cəlb olunması üçün yaradılan şəraitdən söz açaraq, konfransda bu ilki qiymətləndirmənin də fərqli formatda olacağını qeyd edib və tələbələrə uğurlar arzulayıb.

 

Sonra konfransda iştirak edən tələbə və magistrların təklifləri və sualları dinlənilib. Tələbələrin istehsalatda iştirakına və müəssisələrlə əlaqələrinin qurulmasına dəstək göstərilməsi məqsədilə şirkət nümayəndələrinin də konfransın panel iclaslarına qoşulması qərara alınıb.

 

Konfransın bölmələr üzrə keçiriləcək panel iclaslarının tarixini açıqlayan ADNSU Tələbə Elmi Cəmiyyətləri Şurasının  sədri, Elviz İsmayılov bu il 9 bölmə üzrə qəbul olunan 338 tezisdən ikili yoxlama  nəticəsində, yəni texniki və plagiat yoxlamadan sonra 166-sının konfransa qəbul olunduğunu deyib. Həmçinin bu ildən  etibarən konfransın bəzi bölmələrində partnyor müəssisələrin nümayəndələrinin də iştirak edəcəyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, Tələbələrin 69-cu  Elmi-texniki konfransının bağlanış mərasimi dekabrın 18-də olacaq