Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-13 15:10:00
Virusoloq koronavirusu məğlub etməyin yolunu izah etdi

Koronavirusa uğurla qalib gəlmək üçün bəzi insanların bu infeksiyaya qarşı müqavimət göstərməsinin dəqiq səbəblərini müəyyənləşdirmək lazımdır.

 

AzEdu.az  xəbər verir ki, bu sözləri virusoloq və Fundamental və Translational Tibb Federal Tədqiqat Mərkəzinin aparıcı tədqiqatçısı Aleksandr Çepurnov deyib.

 

“İnsanlardakı müqavimətin səbəblərinin nə olduğunu aydınlaşdırmaq üçün güclü bir genetik-analitik və ya immunoloji tədqiqat aparmaq lazımdır. Bundan sonra COVID-19-a qarşı yüksək effektiv nəticələr göstərəcək kimyəvi terapiya dərmanları yaratmaq lazımdır”, - virusoloq Sputnik radiosuna müsahibəsində deyib.

 

Mütəxəssis bu cür dərmanların hepatit C ilə mübarizədə artıq hazırlandığını əlavə edib.(Publika.az)