Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-02 12:51:00
Laçın məktəblərinin ilbəil yaxşılaşan göstəriciləri – Ölkə əhəmiyyətli nəticələr

44 gün davam edən  Vətən Müharibəsi Azərbaycanın  böyük  qələbəsi ilə nəticələndi.

 

Prezident  İlham Əliyev 10 noyabr tarixində  xalqa etdiyi   müraciəti  zamanı  bu  torpaqlarda  əsaslı  yenidənqurma  işlərinin  aparılacağını  və  yaşayışın  tam  bərpa ediləcəyini  qeyd  etdi.

 

Məcburi köçkün ailələrindən olan abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır. Onların təhsil problemlərinin həlli diqqət mərkəzindədir.

 

Dövlət İmtahan Mərkəzi məcburi köçkün və qaçqın ailələrindən olan şagirdlərin və abituriyentlərin qəbul imtahanlarına hazırlığına kömək göstərilməsini həmişə diqqət mərkəzində saxlayır.

 

Hər il onlarla görüşlər təşkil olunur, peşəyönümü istiqamətli söhbətlər aparılır, onları imtahanların texnologiyası ilə tanış etmək məqsədilə pulsuz sınaq imtahanları keçirilir. Onlara dərsliklər, dərs vəsaitləri, “Abituriyent” jurnalları, həmçinin imtahanlarda istifadə olunmuş test kitabçaları hədiyyə olunur. Bütün bunlar və digər amillər məcburi köçkün və qaçqın ailəsindən olan abituriyentlərin təhsillərini davam etdirmək istəklərinə və imtahan göstəricilərinə müsbət təsir göstərir.

 

İşğal altında olan rayonlarımızın bu il ali təhsil müəssisələrinə sənəd verən 10835 məzunundan (9463 abituriyent və 1372 subbakalavr) 5551-i (5129 abituriyent və 422 subbakalavr) tələbə adı qazanıb. Məcburi köçkün olan abituriyentlərin ali təhsil müəssisələrinin nüfuzlu ixtisaslarına qəbulolma faizi də artıb.

 

AzEdu.az DİM-ə istinadən Laçın rayonunun 2019-2020-ci il üzrə qəbul göstəricilərini təqdim edir:

 

 

 

 

Laçın rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 890 şagird bitirib və onların 885 nəfəri buraxılış imtahanında iştirak edib. Attestat alanların  79.39%-i (705 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.

 

Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 416 məzunu (imtahanlarda iştirak edənlərin 59.01%-i) tələbə adını qazanıb. Onların 21.88%-i (91 nəfəri) dövlət, 0.48%-i (2 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 69.23%-i (288 nəfəri) dövlət, 8.41%-i (35 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

 

 Ana dili və ədəbiyyat fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdırRayonun məzunlarının 62 nəfəri 500-dən, o cümlədən 13 nəfəri 600-dən yuxarı bal toplayıb.  

 

Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Qəbul imtahanlarında 76 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən 40 saylı, Alxaslı kənd, Qazıdərə kənd və Vəliuşaqlı kənd orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. 

 

Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 20, 33 və 45 saylı tam orta məktəbləri daxil olub. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 2 saylı tam orta məktəbini qeyd etmək olar.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları