Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-11 09:39:00
Azərbaycan Texniki Universitetinin məzunları işlə təmin edildi  

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzinin əməkdaşlarının təşəbbüsü ilə Sumqayıtdakı “Vəliyev” MMC-də Metallurgiya və materialşünaslıq fakültəsinin IV kurs tələbələri və məzunları üçün “Karyera günü” keçirilib.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, əvvəlcə iştirakçıların ixtisas bilikləri yoxlanılıb, müəssisənin işə qəbul komissiyasının üzvləri tərəfindən müvafiq qiymətləndirilmə aparılıb. Müsahibəni uğurla keçən universitetin 4 məzunu şirkətdə işə qəbul olunub.

 

Qeyd edək ki, “Vəliyev” MMC 6 zavod kompleksindən ibarətdir. Burada metaltökmə, qəlib, maşınqayırma dəzgahlarının idarə olunması və plastik avadanlığın istehsalı həyata keçirilir.