Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 16:33:00
Ermənilər Ağdamda məktəb və muzeyə top atdı  

Noyabrın 2-i səhər saat 06:00-dan etinarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini artilleriya atəşinə tutur.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

 

Düşmənin atdığı növbəti top mərmisi rayonun Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinə və məktəbin muzeyinə düşüb.

 

Nəticədə məktəbə və muzeyə külli miqdarda ziyan dəyib.