Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-21 10:43:00
  Əsgərə məktub - “Sizin üçün hər gün dua edirəm” – Məktəbdən səngərə                  

AzEdu.az təhsil portalının “Məktəbdən səngərə” rubrikası davam edir.

 

Rubrika çərçivəsində müəllim və şagirdlər səngərdə torpaqlarımızın azadlığı uğrunda vuruşan əsgər və hərbiçilərimizə ürək sözlərini yaza və onlara arzu və istəklərini çatdıra bilərlər.

 

Bu dəfə isə Qubadlı rayon T.Müskanlı kənd tam orta məktəbin müəllimi Zeynalova Sevda və Tovuz rayonu M.Ələkbərov adına tam orta məktəbin 7ci sinif şagirdi Paşayev Emilin  məktublarını təqdim edirik:

 

Qubadlı rayon T.Müskanlı kənd tam orta məktəbin müəllimi Sevda Zeynalovanın məktubu:

 

“İgid, məğrur əsgər qardaşlarım. Sizə bu şərəfli yolda güc və qüvvət arzu edirəm. Yolunuz açıq olsun .Bu gün bir daha Azərbaycan oğullarının nəyə qadir olduğunu bütün dünya gördü. Qardaşım olmasa da, sizin hər biriniz mənə qardaşsınız və  sizin üçün hər gün dua edirəm. Tanrı bu haqq, ədalət döyüşünüzdə  sizə kömək olsun. Özünüzdən muğayat olun. Allaha əmanət olun”.

 

Tovuz rayonu M.Ələkbərov adına tam orta məktəbin 7-ci sinif şagirdi Paşayev Emilin məktubu:

 

“Salam Əsgər...!Sizinlə qürur duyuruq. Sizlərin sayənizdə biz evlərimizdə rahat otururuq. Hər an sizə dua edirik. Dualarımız sizlərə sipər olsun, Tanrı sizləri qorusun. Tezliklə qələbə sevinci qismət olsun. Ordumuzla və Ali Baş komandanımızla fəxr edirik.!”