Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-19 14:03:09
Bu layihələrdə elm adamları bir araya gəlirlər

2017-2018 dərs ilində 1000 könüllünün dəstəyi ilə təxminən 8 min uşaq və gənc elm sahəsində bir araya gəliblər.

AzEdu.az xəbər verir ki, Elm Qəhrəmanları Dərnəyi "Hər uşaq ixtiraçı doğulur" şüarı ilə yola çıxıb. Bu il 14-cü dəfə keçirilən Böyük Elm Qəhrəmanları görüşür / First LEGO League turnirlərində 55 rayondan 469 komanda, bütövlükdə isə 3 min 965 uşaq və gənc iştirak edib.

6-10 yaş arasında uşaqların mühəndislik, humanitar və riyaziyyat sahəsində  Kiçik Elm Qəhrəmanları Görüşür / FİRST LEGO League Jr. proqramına isə müxtəlif rayonlarda keçirilən 24 sərgidə 381 komanda və 2 min 87 uşaq iştirak edib.

Bu il dördüncü dəfə keçirilən Dünya Robot Olimpiadasının Türkiyə görüşündə isə 16 fərqli rayondan 109 komanda və 304 gənc yarışıb. Boeing-in dəstəyi ilə "Həvəskar Maşın” adlı mühəndislik layihələri uşaqlara təqdim edilib. İstanbul, Əskişəhər və İzmirdəki dövlət məktəblərində oxuyan IV və V sinif şagirdləri üçün nəzərdə tutulan layihədə 1.574 nəfər iştirak edib.

Bu il 6-cı dəfə həyata keçirilən Gənc Elm Adamı mükafatları çərçivəsində isə 5 gənc mükafatlandırılıb.