Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 11:12:00
Nazir: "Cəbhə xəttində 40-a qədər məktəbə zərər vurulub"  

“1 milyon 300 mindən çox şagird əyani təhsilə cəlb edilmişdi”.

 

AzEdu.az-ın məlumatına görə, bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

O qeyd edib ki, təhsil sistemi çox böyük bir sistemdir:

 

“HBildiyiniz kimi, sentyabrın 27-dən Ermənsitanın təcavüzü nəticəsində bir çox bölgələrimizdə təhsil müəssisələrimizə və mülki insanlarımıza hücumlar qeydə alınıb. Cəbhə xəttində olan 40-a qədər məktəbə zərər vurulub, bir neçə məktəbə isə ciddi ziyan dəyib. Eyni zamanda 3 şagird həlak olub, 15 şagird isə xəsarət alıb. Bir çox bölgələrimizdə 1 221 təhsil müəssisəsi bu səbəbdən öz fəaliyyətini distant təhsilə keçirib”.