Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 10:06:00
Bakı metrosunun fəaliyyəti bu tarixədək dayandırılır - RƏSMİ

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində Bakı metrosunun fəaliyyəti dayandırılacaq. 

 

AzEdu.az-ın məlumatına görə, bu Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatında yer alıb. Qərara əsasən, 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.