Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-14 17:41:00
Azərbaycanlı tələbələr Vyanada məlumatlandırıcı veloyürüş keçiriblər

Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı, mülki yaşayış məntəqələrini atəşə tutması, humanitar atəşkəsdən sonra Gəncədə və digər yaşayış məntəqələrində günahsız insan ölümləri barədə yerli ictimaiyyəti məlumatlandırmaq məqsədilə Vyana şəhərinin mərkəzi küçələrində veloyürüş keçirib.

 

AzEdu.az xəbər verir ki, iştirakçılar üzərində Qarabağla bağlı məlumatlar, şüarlar yazılmış jiletlər geyinərək yeni yürüş növünə start veriblər. Yerli əhali tərəfindən maraqla qarşılanan aksiya çərçivəsində şəhər sakinlərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal siyasəti və mütəmadi həyata keçirdiyi təxribatlar barədə ətraflı məlumat verilib.

 

Akademik Birlikdən bildirilib ki, belə məlumatlandırıcı aksiyalar gələcəkdə də davam etdiriləcək. Belə yürüşlərin Avropanın digər şəhərlərində də keçirilməsi və soydaşlarımızın bu tədbirlərə qoşulması gözlənilir.(Azərtac)