Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-30 15:55:00
Millət vəkili: "Distant təhsillə bağlı bəzi çatışmazlıqlar var"

“Artıq mövcud vəziyyətlə əlaqədar distant təhsilə keçilib. Amma bunun üçün bəzi çatışmazlıqlar var. Məsələn, internet tarifləri çox yüksəkdir”.

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov deyib.

 

O bildirib ki, dərslərə meqabayt vasitəsilə qoşulan şagirdlər var: “Mövcud tariflər həddindən artıq çox yüksəkdir. Digər tərəfdən ali məktəbə qəbul olunmaq üçün kifayət qədər bal toplaya bilməyən şagirdlərimiz xaricə üz tutur. Xaricdəki universitetlərə yönələn bu uşaqlar təhsillərini bitirib ölkəyə qayıdandan sonra onların diplomu burada tanınmır. Bu problemlər həll olunmalıdır”.(apa)