Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-23 13:59:00
AzTU müəllimləri Türkiyənin Karatay Universitetinin təlimlərində iştirak edir  

Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici dillər kafedrasının ingilis dili müəllimləri Türkiyənin KTO Karatay Universitetinin təşkil etdiyi onlayn təlimlərdə iştirak edir.

 

AzEdu.az xəbər verir ki, təlimlərdə ingilis dilinin yeni metodologiyası, dilin mənimsənilməsinin nəzəri və praktiki baxımdan tətbiqi yolları, tələbələrin bilik səviyyəsini artırma üsulları ilə bağlı məlumatlar verilir.

 

Qeyd edək ki, onlayn təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunacaq.