Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-15 12:53:00
AzTU “Microsoft Azerbaijan” şirkəti ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) Karyera Mərkəzi ilə “Microsoft Azerbaijan” şirkəti arasında onlayn görüş keçirilib. 

 

AzEdu.az-ın məlumatına görə, ilk olaraq "Microsoft Azerbaijan"ın baş meneceri Qaçay Mirzəyev şirkətin informasiya texnologiyaları ilə bağlı fəaliyyətinin tanıtımını edib. O, şirkətin 7 təlim kursu haqqında ətraflı məlumat verib. Bildirilib ki, şirkət 20- dən çox ixtisas üzrə ölkənin qabaqcıl ali təhsil müəssisələri, həmçinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edir.

 

Yaxın günlərdə AzTU ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, gənc müəllim və tələbələrin beynəlxalq təlim kurslarına cəlb olunması nəzərdə tutulub.