Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-10 16:06:00
V ixtisas qrupunda yenilik – abituriyentlərə şans verildi  

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar  Şurasının sədri Məleykə Abbaszadə canlı yayım V ixtisas qrupundakı yeniliklərdən danışdı.

 

O, V ixtisas qrupunda idman ixtisasını seçənlər üçün xüsusi detalı vurğuladı:

 

 “Bu il V qrupa verənlərin sayında kəskin artım yoxdur. Yalnız yenilik bu il idman ixtisasına sənəd verənlərin sayının çoxluğudur. Çünki qabiliyyət imtahanı yalnız bu il üçün ləğv edilib.

 

Lakin burada onlardan sağlamlıq haqda sənəd tələb olunur. Onlar bu sənədi ali məktəbə təqdim edə bilməsələr o yerlərə yenidən tələbə qəbulu elan ediləcək.

 

Ola bilər bu il idman ixtisası üzrə keçid 150 baldan yüksək olsun”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları