Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-08 15:53:24
Hər qrup üzrə 600 baldan çox toplayanların sayı bu il artdı –RƏQƏMLƏR

 

 

AzEdu.az xəbər verir ki,  DİM sədri Məleykə Abbaszadə mətbuat konfransında bu il və keçən il 600-dən yuxarı bal toplayan abituriyentlərlə bağlı statistikanı da açıqlayıb:

 

“Bu il I ixtisas qrupunda 600-dən yuxarı bal toplayanlar 607 nəfər olub. Keçən il isə bu abituriyentlərin sayı 553 nəfər idi.

 

100 baldan yuxarı bal toplayanlar isə ümumi rəqəmin  84%-ni  təşkil edir. Keçən il isə 79% olub.

 

II ixtisas qrupunda keçən il 600-dən yuxarı 404, bu il isə 215 nəfərdir. IV qrupda bu 313 nəfər, keçən il isə 378 nəfər olub”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları