2020-09-06 12:22:00
Dırnaq yeməyin səbəbləri və tərgitməyin üsulları
Niyə dırnaq yeyirik? Vərdişdir, yoxsa psixolojidir? Dırnaq yeməyə başlayanda onu tərgitmək çətindir. Dırnaq yeyən insanların digərlərlərindən fərqi nədir? İradələri daha zəifdir? Daha çox əsəbidirlər? Yoxsa daha acdırlar? Bunun psixoloji bir açıqlaması varmı?
Psixiatrlar dırnaq yemək vərdişini impuls nəzarəti pozğunluqları arasında təsnif edirlər, ancaq bu, saç çəkmək, ya da dəri qaşımaq kimi psixi yardım tələb edən aktlara aiddir. Dırnaq yeyənlərin çoxu hər hansı bir ciddi təsir olmasa bu vərdişi davam etdirirlər.
Psixoanalistik açıqlamalar psixoterapevtlərin dırnaq yemə vərdişi ilə bağlı teoriyaları var əlbəttə. Məsələn, psixoanalizin yaradıcı Ziqmund Freyd ağız mərhələsində psixoseksual inkişaf pozğunluğuyla əlaqələndirirdi. Freydin digər nəzəriyyələrində olduğu kimi ağız bağlı olan vərdişlərin bir çox səbəbi var: Az qidalanmaq, çox qidalanmaq, uzun müddətli ana südü vermək, ana ilə problemli münasibətlər və s. Əlbəttə, bunların bəlli simptomları vardır: dırnaq yemək, ələ salan xarakter, siqaret çəkmək, alkoqolizm və başqaları.
Bəzi terapevtlər dırnaq yeməyin insanın özünə düşmən olmasıyla və ya nevroloji narahatlıqla əlaqəli olduğunu iddia edir. Bütün psixodinamik nəzəriyyələr kimi bu təxminlər də doğru ola bilər. İnsanlarda dırnaq yemə alışqanlığının hansısa sıxıntının əlaməti olduğunu söyləyən psixiatorlar özünə güvənin olmaması və keçmişdə alçaldılmaya məruz qalma kimi səbəblərin bu vərdişə gətirib çıxardığını bildirib. Mütəxəssislər dırnaq yeməyin kiçik bir sıxıntıdan, psixoz xəstəliyinə qədər bir çox xəstəliyin əlaməti ola biləcəyini söyləyir. Qardaşını qısqanmaq və yalnızlıq hissi bu problemin ən önəmli başlanğıc nöqtəsi ola bilər.
Bu açıqlamalar həmin vərdişlərdən azad olmaq üçün bir üsul təklif etmir. Təəssüf ki, bu mövzuda yazılan elmi araşdırma yoxdur. Bir hesabatda göstərilir ki, insanlar xilas olmaq üçün özləri bunun zərərinin fərqində olmalıdırlar.
Dırnaq yemək vərdişinizi unutmaq üçün davamlı olaraq özünüzü əyləndirəcək bir şey tapın. Məsələn, sadə bir stress topu işinizə yarayacaq. Ya da əl işləri hazırlamaq, şəkil çəkmək kimi məşğuliyyətlər sizi məşğul edəcək.
Dırnaqlarınızı niyə hansı səbəblərdən yediyinizi araşdırın. Ümumiyyətlə stress, çətinlik, qorxu ya da narahatlıq bu vərdişin yaranmasına səbəb ola bilər, ancaq 1 gündə də bu vərdişi əldə etmək mümkündür. Əgər nə vaxt və hansı şərtlərdə dırnaq yeməyə başladığınızı müəyyənləşdirsəniz, deməli, bununla əlaqədar olan yolları da tapacaqsınız.
Bu bölməyə aid digər xəbərlər
Ülkər Səttarova: Alimlərimizin rifahının artırılması üçün təkliflər hazırlanıb
2024-05-17 11:04:00
“Tarixdə bu gün” - 17 mayda necə yadda qalıb?
2024-05-17 09:01:00
İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR
2024-05-17 08:47:25
Leysan yağış, dolu və qar yağacaq - Günün havası
2024-05-17 08:39:17
Fizika İnstitutu dünyanın nüfuzlu universitetləri sırasında yer alıb
2024-05-16 15:58:07
“Sən elə bir zirvəsən” müsabiqəsinin yekun tədbiri keçirilib
2024-05-16 14:32:21
Üç ayda 828 əkiz, 39 üçəm doğulub
2024-05-16 14:13:00
Tələbənin ölmü ilə bağlı təfərrüatlar AÇIQLANDI
2024-05-16 13:09:00
Leysan yağış, dolu və qar yağacaq - Sabahın havası
2024-05-16 13:05:33
II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
2024-05-16 12:15:26
kitabı
ÇOX OXUNANLAR
14 May 2024, 15:16
Qəbul imtahanları YAXINLAŞIR: Abituriyentlər bu məqamlara diqqət etsinlər
13 May 2024, 09:25
Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
8 May 2024, 13:05
III ixtisas qrupu: Bu ixtisasların iş imkanları GENİŞDİR
9 May 2024, 13:25
Təhsilin sağlamlaşdırılması üçün sertifikasiya yeganə yoldur
10 May 2024, 21:00
Aprelin 14-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
11 May 2024, 10:35
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi
8 May 2024, 14:35
MİQ imtahanına sənəd qəbulu başlayır
FACEBOOK