Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-05 10:00:00
Dünyada koronavirus peyvəndlənməsinin başlayacağı tarix açıqlandı    

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirus əleyhinə geniş miqyaslı peyvəndləmənin 2021-ci ilin ortalarında başlayacağını gözləyir.


AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün baş elmi işçisi Sumya Svaminatan bildirib.

 

"Dünyaya milyardlarla doza lazımdır, amma bunun üçün vaxt tələb olunur. Buna görə, real danışsaq, biz 2021-ci ilin ortalarında əhalinin peyvəndlənməsi üçün vaksinin dozalarını göndərməyə başlaya biləcəyik", - Svaminatan deyib.

Onun sözlərinə görə, hazırda ÜST bir neçə vaksinin sınaqlarının son nəticələrini gözləyir. Təşkilat bundan sonra onların istehsalı texnologiyalarının yayılmasını təşkil etmək və preparatı milyardlarla doza almağa başlamaq niyyətindədir.