Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-29 17:00:00
Havada koronavirusu müəyyən etmək mümkün olacaq

Rusiyalı alimlər "Ordu-2020" forumunda havada olan virusları, o cümlədən COVID-19-u müəyyən edən tibbi-bioloji cihaz təqdim ediblər.

 

AzEdu.az  oxu.az istinadən bildirir ki, Zverev adına Krasnoqorsk zavodunun baş direktoru Aleksandr Novikov məlumat verib.

 

Onun sözlərinə görə, avtomatik əsasda olan cihaz 10-30 dəqiqə ərzində hava nümunələrini analiz etmək, oradakı virus, bakteriya və toksinlərin mövcudluğunu müəyyənləşdirmək gücündədir.

 

Aparatın N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzi ilə birlikdə hazırlandığı qeyd olunur.

 

O da vurğulanıb ki, cihazın dövlət sınaqları iyun ayında başa çatıb və artıq onun sertifikatı hazırlanır.