Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-29 11:39:00
Bu şəhərlərdə həftəsonu qadağası qüvvədə qaldı

Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında qeyd edilib.

 

Bildirilib ki, sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda 5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək; 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək; 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək; 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.