Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-28 16:14:00
Azərbaycan Texniki Universiteti: Kadrların yenidən hazırlanma təhsili üzrə sənəd qəbulu 23 ixtisas üzrə aparılır

Azərbaycan Texniki Universiteti (AzTU) 2020/2021-ci tədris ilində 23 ixtisas üzrə ödənişli əsaslarla kadrların yenidənhazırlanma təhsili üçün sənəd qəbulu elan edilir.

 

AzTU-dan AzEdu.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin məzunları, Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq yenidənhazırlanma təhsili ala bilərlər.

 

Sənədlərin qəbulu sentyabrın 10-dək onlayn formada aparılır.

 

Təhsil almaq istəyənlər AzTU-nun rəsmi saytının (aztu.edu.az) təhsil bölməsində “Kadrların yenidən hazırlanma təhsili”nə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Təhsil müddəti 1 ildir.