Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-28 11:22:00
Azərbaycan Tibb Universitetinin builki məzunlarından 98-i xarici tələbədir

2019/2020-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetindən (ATU) 1036 nəfər məzun olub.

Universitetin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, onlardan 634 nəfəri müalicə işi, 74 nəfəri ictimai səhiyyə, 139 nəfəri stomatologiya, 80 nəfəri hərbi həkim, 86 nəfəri əczaçılıq, 23 nəfəri isə hərbi feldşer ixtisası üzrə məzun olub.

 

Ümumilikdə, bu il ATU-nu 149 tələbə fərqlənmə ilə bitirib.

 

Qeyd edək ki, builki 1036 nəfər məzunun 789 nəfəri yerli tələbə, 98 nəfəri isə xarici tələbədir.