Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-25 17:27:00
Liseylərin V siniflərinə qəbul üçün müsabiqədə 634 nəfər iştirak etdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqə keçirilib.

 

BŞTİ-dən AzEdu.az-a verilən məlumata görə, mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid 45 sualdan ibarət test tapşırığını yerinə yetiriblər. V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 90 dəqiqə vaxt verilib.

 

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V siniflərinə qəbul üçün müsabiqədə 634 nəfər iştirak edib.

 

Şagirdlərin nəticələri gələn həftə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndəriləcək. Eyni zamanda, cavabları müvafiq liseylərdən də öyrənmək mümkündür.