Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 16:51:00
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 152 yeni yoluxma , 111 nəfər sağaldı

Azərbaycanda koronavirus infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında operativ qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4890 test aparılıb.

 

Aktiv xəstə sayı isə 1803 nəfərdir.