Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 16:09:00
Maliyyə-İqtisad Kollecində imtahan sessiyasının təşkili ilə bağlı onlayn iclas keçirildi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Maliyyə-İqtisad Kollecində 2019/2020-ci tədris ilinin yaz semestrində akademik borcu yaranan tələbələr üçün avqust-sentyabr aylarında imtahan sessiyasının təşkili ilə bağlı onlayn iclas keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, kollecin direktoru Oruc Məmmədov onlayn rejimdə keçiriləcək imtahan sessiyasının təşkili üçün hazırlıq işlərindən və qarşıda duran vəzifələrdən danışıb.

 

UNEC rektorunun kollec üzrə məsləhətçisi professor Nuru Mikayılov isə imtahan sessiyasında qarşıya çıxa biləcək problemlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görülməsi barədə məlumat verib.