Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 12:39:00
Bakıda tədris mərkəzindən oğurluq edildi

Bakıda tədris mərkəzindən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də rayon ərazisindəki tədris mərkəzlərinin birindən 1500 manat dəyərində 2 ədəd kompüter, 2 ədəd monitor, 2 ədəd görüntü kamerası oğurlamaqda və bir mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev saxlanılıb.