Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 10:49:00
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: müsahibəyə 408 vakant vəzifə çıxarıldı

Dövlət qulluğunun A (inzibati rəhbər) və B növünə (inzibati icraçı) aid vakant inzibati vəzifələr üzrə avqustun 5-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.

 

Müsahibədə iştirak üçün namizədlər sentyabrın 3-ü saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, müsahibəyə mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 46 dövlət orqanında 408 vakant vəzifə çıxarılıb. Bunlardan 3-ü AB, 28-i AC, 70-i BA, 307-si isə BB vəzifə qrupuna aiddir. Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifə mərkəzi icra hakimiyyəti orqanlarından Təhsil Nazirliyi (155 vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (34 vəzifə) və Dövlət Turizm Agentliyi (18 vəzifə), məhkəmə orqanlarından isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (14 vəzifə), Şəki Apelyasiya Məhkəməsi (13 vəzifə) və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (10 vəzifə) tərəfindən çıxarılıb.