Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 09:50:00
Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərildi

Cari ilin 28 avqust - 1 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

 

AzEdu.az-ın məlumatına görə, həmin tarixlərdə ingilis dili, alman dili və kimya  fənləri üzrə növbəti test imtahanları keçiriləcək.

 

Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş namizədlərə 24 avqust tarixindən etibarən apellyasiya müraciəti etmək imkanı yaradılacaq. Avqustun 14-dən etibarən imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində hər gün saat 20:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 2 gün ərzində apellyasiya  müraciəti edə biləcəklər. Yeni tədris ili başlamazdan öncə namizədlərin apellyasiya müraciətlərinə baxılacaq.

 

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək bütün namizədlərə uğurlar arzu edir!