Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 10:37:00
Koronavirus xəstələrinin ürəyində də COVID-19-un əlamətlərini aşkar edildi

Almaniya həkimləri koronavirus xəstələrinin ürəyində COVID-19-un əlamətlərini aşkar ediblər.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumatı “Gazeta.ru” “Oxford Academic” jurnalına istinadən yayıb.

 

İlkin olaraq, xəstələrə “miokardit” diaqnozu qoyulsa da, sonradan onların koronavirusa tutulması məlum olub.  

 

“Koronavirus gizli formada keçsə belə, COVID-19-un əlamətləri hətta xəstə sağalandan sonra ürəyin biopsiyası zamanı aşkarılanır”, - deyə alman ürək-damar mərkəzinin professoru Filip Ventsel bildirib.

 

Alimlər hesab edir ki, həkimlər koronavirusun mümkün fəsadlarına görə ürək-damar sisteminə daha çox diqqət etməlidirlər.