Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-24 10:25:00
ABŞ-da keçiriləcək seçki ərəfəsində Yerə asteroid yaxınlaşacaq

Yerə nömrəsi 2018VP1 olan kiçik asteroid yaxınlaşacaq.

 

AzEdu.az xəbər verir ki, məlumatı NASA Tədqiqatlar Mərkəzi yayıb.

 

Asteroidin diametri 2 metrdən 4 metrə qədərdir. Bildirilib ki, 3 noyabrda bu kosmik obyekt dünyaya maksimal yaxınlıqdan ötüb keçəcək.

 

Lakin NASA bəyan edib ki, asteroid Yer üçün təhlükə törətməyəcək.

 

Asteroid “Apollonlar” qrupuna aiddir və 2018-ci ildə kəşf edilib.