Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 13:00:00
Tanınmış şairin filosoflar haqqında  qeyri-adi  kitabı çap olunacaq

Çağdaş Azərbaycan poeziyasının ən orijinal  imzalarından sayılan şair Salam Sarvan filosofların həyatı barəsində tam fərqli kitab hazırlayacaq.

AzEdu.az xəbər verir ki, şair bu barədə özünü şəxsi “facebook” hesabında məlumat verib: 

“Nəhayət, beş il ərzində ərsəyə gətirdiyim "Filosofların savaşı" kitabının çap prosesinə start verdik.

İlk dəfə dünyanın fəlsəfə tarixi çox anlaşıqlı, oxunaqlı dildə, bədii çalarlar qatılmış halda ortaya qoyulur.

İlk dəfə dünyanın fəlsəfə tarixi daha əhatəli təqdim olunur.

İlk dəfə dünyanın fəlsəfə tarixi tamam fərqli formatda yazılır: ideyaların qarşıdurmasına müəllif tərəfindən elə gərginlik qatılıb ki, 700 səhifəlik kitabı birnəfəsə oxuyacaqsız.

İlk dəfə dünyanın fəlsəfə tarixində fəlsəfi mövqeləri "cansız fikirlər" kimi yox, canlı obrazlar, personajlar kimi görəcəksiz”.