Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 13:23:00
II qrup üzrə bu şəxslər ixtisas seçiminə buraxılacaqlar

II ixtisas qrupu üzrə:müsabiqəyə  (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

AzEdu.az xəbər verir ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan
abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin
müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
✔Marketinq;
✔Biznesin idarə edilməsi;
✔Regionşünaslıq (regionlar üzrə);
✔Turizm bələdçiliyi;
✔Turizm işinin təşkili.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları