Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 13:10:00
I  qrup üzrə bu şəxslər ixtisas seçiminə buraxılacaqlar

I ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan  abituriyentlər buraxılır.

AzEdu.az xəbər verir ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- “Riyaziyyat”, “Fizika” və “Kompüter elmləri” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır;
- Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti istisna olmaqla) tədrisi  ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari
ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin  müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan
(dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi  üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
✔Meliorasiya mühəndisliyi;
✔Texnologiya müəllimliyi;
✔Ekologiya mühəndisliyi.
- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də
ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın  ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
✔Aqronomluq;
✔Balıqçılıq;
✔Meşəçilik;
✔Şərabçılıq;
✔Torpaqşünaslıq və aqrokimya;
✔Yerquruluşu və daşınmaz əmlakın kadastrı;
✔Zoomühəndislik.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları