Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-06 13:23:00
Dövlət qulluğuna qəbul olmaq üçün ilk dəfə imtahan verənlərdən 11-i müvəffəqiyyət əldə edib

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 52-si ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlərdir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, onlardan 11 nəfər imtahanda uğur qazanıb.

 

Xatırladaq ki, DİM tərəfindən avqustun 3-də inzibati vəzifələrin A növünə aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib. Qeydiyyatdan keçmiş 97 namizəddən 16-sı müvəffəqiyyət əldə edib.