Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 16:16:40
AMEA Rəyasət Heyətinin yeni tərkibi seçilib, vitse-prezidentlər və akademik-katiblər məlum olub - SİYAHI

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında Rəyasət Heyətinin yeni tərkibi seçilib.

AzEdu.az-ın xəbərinə görə, ümumi yığıncaqda keçirilən seçki ilə akademiklər - Akif Əlizadə sədr, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova vitse - prezidentləri seçiliblər.

Rasim Əliquliyev AMEA-nın akademik - katibi, Əhliman Əmiraslanov Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Teymur Kərimli Humanitar Elmlər Bölməsinin akademik-katibi, Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi, Nazim Məmmədov Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin akademik-katibi, İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin və Fuad Əliyev AMEA Gəncə Bölməsinin sədri olublar.

AMEA-nın Rəyasət Heyətinə akademiyanın müxbir üzvü Bilal Bilalov da seçilib.