Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 14:44:00
Akif Əlizadə yenidən AMEA prezidenti seçildi - YENİLƏNİB  

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.

AzEdu.az-ın məlumatına görə, səsvermədə 66 nəfər iştirak edib. AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırkı rəhbəri akademik Akif Əlizadə seçilib. 

Qeyd edək ki, A.Əlizadə AMEA-nın prezidenti vəzifəsinə 2013-cü ildə Akademiyanın prezidenti Mahmud Kərimovun vəfatından sonra seçilib. Buna qədər isə o, Akademiyanın vitse-prezidenti olub.

Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.

Akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək. Akademiyanın ümumi yığıncağı tərəfindən seçilmiş AMEA prezidentinin həmin vəzifədə təsdiq edilmək üçün adı ölkə Prezidentinə təqdim ediləcək.

Akademiyanın vitse-prezidentləri ümumi yığıncaqda gizli səsvermədə iştirak edən AMEA həqiqi üzvlərinin üçdə iki səs çoxluğu ilə 5 il müddətinə seçiləcəklər. Akademiyanın vitse-prezidentləri, akademik-katibi və Rəyasət Heyətinin digər üzvləri AMEA prezidentinin təqdimatı ilə Rəyasət Heyəti tərəfindən təsdiq ediləcək.

Xatırladaq ki, AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadə bu vəzifəyə 2013-cü ildə seçilib. AMEA-nın vitse-prezidentləri isə akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev və Dilqəm Tağıyevdir.